Menu

Deputat yeni kitab mağazasının açılışında iştirak edib - FOTOLAR

18.10.2023, 16:12
Deputat yeni kitab mağazasının açılışında iştirak edib - FOTOLAR

"Bu gün Libraff kitab mağazaları şəbəkəsinin Rəsul Rza küçəsi 26A ünvanında yerləşən "Fəvvarələr" filialının açılışına dəvət olunmuşdum"

Bu barədə Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkədə yazıb.

Deputat bildirib ki, Keçmiş "Kitab passajı"nın yanında yerləşən Libraff həm də eyni məkanda kitab satışına qayıdışdır: "Libraffın yeni mağazasından ilk kitab alanlardan biri mən oldum. Dostlarım, görkəmli şairimiz Ramiz Rövşən, şair və jurnalist Rəşad Məcid, şair və tərcüməçi Səlim Babullaoğlu və digər tanınmış şəxslərlə yeni açılmış modern kitab mağazasının işinə uğurlar arzuladıq.

Dəvətə görə dostum, kitab cəfakeşi Sərxan Rüstəmova təşəkkürümü bildirirəm…

Kitab köməyimiz olsun!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol