Menu

“Rusiya təyyarələri Qara dənizdə “Kinjal”la patrul edəcəklər” - Putin

18.10.2023, 17:00
“Rusiya təyyarələri Qara dənizdə “Kinjal”la patrul edəcəklər” - Putin

“Kinjal” raketləri ilə təchiz edilmiş Rusiya təyyarələri Qara dəniz üzərində hava məkanını daimi şəkildə mühafizə edəcək.

“AzPolitika.info” xəbər verir ki, bunu Pekində səfərdə olan Rusiya lideri Vladimir Putin Çin Prezidenti Si Cinpinlə görüşdən sonra mətbuata açıqlamasında deyib.

“Mənim göstərişimlə Rusiya Aerokosmik Qüvvələri Qara dəniz üzərindəki hava məkanının neytral zonasında daimi olaraq patrul xidmətinə başlayır. Bizim “MiQ-31” təyyarələrimiz “Kinjal” kompleksləri ilə silahlanıb”, - deyə Putin əlavə edib.

V. Putin xatırladıb ki, bu sistemlər 9 Mach sürəti ilə 1000 km-dən çox uçuş məsafəsinə malikdir.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol