ABŞ İsrailə hücuma cavab olaraq 10 HƏMAS üzvünə və Fələstin silahlı təşkilatının Qəzza, Sudan, Türkiyə, Əlcəzair və Qətərdəki maliyyə şəbəkəsinə qarşı sanksiyalar elan edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin yaydığı açıqlamada bildirilir.
Qeyd olunur ki, ABŞ HƏMAS-ın investisiya portfelini idarə edən üzvlərinə, Qətərdə İran rejimi ilə yaxın əlaqələri olan maliyyə vasitəçisinə, təşkilatın əsas komandirinə və Qəzzada yerləşən virtual valyuta mübadiləsinə qarşı sanksiyalar tətbiq edib.
ABŞ maliyyə naziri Janet Yellen deyib ki, ABŞ uşaqlar da daxil olmaqla, İsrail mülkilərinə qarşı vəhşi və vicdansız şəkildə qətliam törətdikdən sonra HƏMAS-ın maliyyəçiləri və yardımçılarını təqib etmək üçün sürətli və qətiyyətli addımlar atır.
“ABŞ maliyyə nazirliyinin terrorizmin maliyyələşdirilməsinə qarşı effektiv mübarizədə uzun tarixi var və biz HƏMAS-a qarşı əlimizdəki alətlərdən istifadə etməkdən çəkinməyəcəyik”, - o, deyib.
“AzPolitika.info”


Şərhlər