Menu

“Putin İsraildəki müharibədən istifadə etməyə çalışır, amma ...” – Riçard Kemp

19.10.2023, 12:40
“Putin İsraildəki müharibədən istifadə etməyə çalışır, amma ...” – Riçard Kemp

“Rusiya Prezidenti Vladimir Putin İsraillə HƏMAS arasındakı müharibədən faydalanmağa çalışır. Kreml sülhməramlı kimi şöhrət qazanmaq və Rusiyanın Yaxın Şərqdə təsirini artırmaq üçün atəşkəsə nail olmaq istəyir”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniya ordusunun istefada olan polkovniki Riçard Kempin “The Telegraph” nəşrində yayımlanan məqaləsində bildirilib.

Onun fikrincə, Putinin bu münaqişəyə müdaxiləsi heç nəyi dəyişməyəcək: “Dünyada, xüsusən də Ukraynada bu qədər qan tökülməsinə görə məsuliyyət daşıyan bir adam indi deyir ki, “Qan tökülməsini dayandırmaq vacibdir”. Düşünürəm ki, Rusiyanın güclü dünya dövləti kimi reputasiyası Ukraynaya qarşı müharibə nəticəsində xeyli zəifləyib. Yaxın Şərq ölkələri hazırda Rusiyanı “sönən güc” hesab edirlər. Rusiya Suriyada da artıq mövqelərini itirməkdədir. Onlar qüvvələrinin bir hissəsini Suriyadan çıxararaq, Ukraynaya göndərməli olublar. Əgər onlar bu böhranı Ukraynadakı müharibədə qalib gəlmək üçün bir vasitə kimi görürlərsə, bu, boş bir xəyaldır”.

Ekspert İsrailin HƏMAS-a qarşı müharibəsinin Kremlə qısamüddətli fayda verə biləcəyini qeyd edib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol