Menu

“İsrailin Qəzza ilə bağlı “post-müharibə” planı yoxdur” - “Reuters”

19.10.2023, 13:32
“İsrailin Qəzza ilə bağlı “post-müharibə” planı yoxdur” - “Reuters”

İsrail Qəzza zolağına amansız bir hücumla HƏMAS-ı məhv edəcəyinə söz verir, lakin döyüş meydanında qalib gəlsə belə, dağıdılmış Fələstin anklavını necə idarə edəcəyi ilə bağlı dəqiq planı yoxdur.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Reuters” agentliyində yayımlanan məqalədə bildirilir.

Münaqişəni yaxından izləyən regional və qərb rəsmilərinin sözlərinə görə, “Dəmir Qılınclar Əməliyyat” adlı bu hərbi kampaniya öz vəhşiliyi ilə misilsiz, İsrailin keçmişdə Qəzzada həyata keçirdiyi əməliyyatlardan daha fərqli olacaq.

Oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra İsrail rekord sayda - 360 000 ehtiyatda olan hərbçisini orduya çağırıb və Qəzzanı aramsız bombamağa başlayıb.

ABŞ və Yaxın Şərq liderləri arasında aparılan müzakirələrdən xəbərdar olan üç regional rəsminin dediyinə görə, İsrailin dərhal strategiyası Qəzzanın infrastrukturunu məhv etməkdir, hətta yüksək mülki itkilər bahasına olsa belə, anklavın əhalisini Misir sərhədinə doğru itələmək və illər boyu qazılmış tunellər labrintini partladaraq HƏMAS-ın arxasınca getməkdir.

Bu barədə İsrail rəsmiləri müharibədən sonrakı mərhələnin necə olacağı ilə bağlı dəqiq təsəvvürlərinin olmadığını bildiriblər.

Mənbə əlavə edib ki, dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinin ötən həftə İsrailə səfərləri Qəzza üçün müharibədən sonrakı plana diqqət yetirməyin vacibliyini ortaya qoyub.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol