Menu

Neymar 9 ay futbol oynaya bilməyəcək

19.10.2023, 14:11
Neymar 9 ay futbol oynaya bilməyəcək

Braziliya futbol yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının hücumçusu Neymar uzun müddət futbol oynaya bilməyəcək.

APA xəbər verir ki, DÇ-2026-ya vəsiqə qazanmaq uğrunda seçmə mərhələdə Uruqvay millisi ilə qarşılaşmada ağır zədələnən hücumçu əməliyyat olunacaq.

Neymarın ayağında ön çarpaz bağı və meniskdə yırtıq əmələ gəlib.

Onun 6-9 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol