Menu

“Çirkli suyu 50 dollara satırlar” – Qəzzada insan fəlakəti yaşanır (VİDEO)

20.10.2023, 12:23
“Çirkli suyu 50 dollara satırlar” – Qəzzada insan fəlakəti yaşanır (VİDEO)

İsrailin 2,5 milyondan çox insanın yaşadığı Qəzzaya hücumu və blokadası humanitar böhranı günü-gündən dərinləşdirir.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, İsrailin oktyabrın 11-dən Qəzzaya su verilişini dayandıması bölgədə ciddi epidemiloji risklərə səbəb olmağa başlayıb. Qəzza sakinləri çirkli su içmək məcburiyyətində qalmaqla yanaşı, ciddi xəstəlik təhlükəsi ilə də üzləşirlər. Qəzzada səhiyyə rəsmiləri suyun çirklənmə səviyyəsinin çox yüksək olduğunu bildirərək, ciddi epidemiya barədə xəbərdarlıq edirlər.

İsrailin intensiv hücumlarına məruz qalan Qəzza şəhərində qalmağa qərar verən Mahmud Əbdül Hakim beynəlxalq mətbuata açıqlamasında çirkli suyun onlara 50 dollara satıldığını deyib:“10 gündür su tapa bilmirik. Çirkli suyun vedrəsini 50 dollara satırlar. Ödəniş qarşılığında məcbur qalıb bu cür sulardan istifadə edirik”.

Human Rights Watch təşkilatı xəbər verirr ki, İsrailin oktyabrın 11-də Qəzzaya su verilişini kəsməsi 600 min insanı içməli sudan məhrum edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol