Menu

Siyavuş Novruzov Zahid Orucun 4-cü Respublika barədə fikirlərinə aydınlıq gətirməsini istəyib

20.10.2023, 12:52
Siyavuş Novruzov Zahid Orucun 4-cü Respublika barədə fikirlərinə aydınlıq gətirməsini istəyib

“Zahid Oruc bizi məlumatlandırsın ki, hansı parametrə uyğun 4-cü Respublika qurulduğunu deyir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, bu, dövlət üçün vacib məsələdir: “Tarix birdir, tarixi inkişaf etdirən də birdir, ərazini işğaldan azad edən bəllidir. Bizim 4-cü Respublikamız hələ olmayıb. Mən heç arzu da etmirəm ki, 4-cü Respublikamız olsun. Çünki 3-cü Respublikamız var və torpaqlarımızı işğaldan azad edib”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik günü” kimi rəsmiləşdirməliyik. O bildirib ki, 1991-ci ildə Müstəqillik Bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin 1/3-i Azərbaycanın nəzarətində deyildi: “Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan Yeni müstəqillik günü bəxş edib. Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik günü” kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik”.

Şərhlər

dadaşyev 2023-10-20 14:31:15

Deputatlarımız inflyasiyanı,aclığı,dükan-bazarda qiymətlərin od qiymətinə olmağını,maaş-pensiyaların qul qarnı doyuracaq qədər olmağını düşünmədiklərindəndi,millətin xeyli hissəsinin səfil-sərgərdan günə düşməyini veclərinə belə almadıqlarındandı bu tip mübahisələr.Yağ içində böyrək kimi yaşayırlar daa,niyə başlarını ağrıtsınlar?Bu dünyadaca itələnib cənnətə salınan adam kefinə baxar kardeşim.Amma nədənsə danışmalıdırlar,nəsə yazıb pozmalıdırlar axı,desinlər iş görürlər,boş dayanmırlar.Qozəkən Vəzirovun vaxtında camaat deyirdi deputatlarımız heç bir iş görmürlər,bir deputat xala vardı,elə kolxozdan pambıq yığdığı yerdəcə başında kəlağayısıyla tutub deputat kimi oturtmuşdular Məclisdə,çıxdı tribunaya,dedi ki,ayə deyerlər kına işdiyən yoxdu deputatlardan,niyə yalan danışır kına bu camaat,mən özüm hər hektardan filan qədər pambıq yığmeyrammı kına,hıy,işdəmək day nejə olur kına?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol