Humanitar yardım, o cümlədən dərman preparatları olan yük maşınları Misirin “Rəfah” keçid məntəqəsindən Qəzza zolağına keçməyə başlayıb.
Ancaq 20 yük maşını keçdikdən az sonra “Rəfah” keçid məntəqəsində hərəkət dayandırılıb.
Qeyd edək ki, İsrailin bombardmanları nəticəsində minlərlə günahsız insan öldüyü Qəzza zolağında humanitar fəlakətin hökm sürür.
"AzPolitika.info"


Şərhlər
Qarabağda heç bir qırğın olmadığı halda Avropa və ABŞ gecə-gündüz ah-nalə edirdilər ki,Laçın buraxılış məntəqəsi açılsın,humanitar fəlakət var,ay dad-ay bidad,ermənilər qırılır acından!Aaaa!Bəs iki həftədir Qəzzada o boyda qırğın törədir İsrail,millətin qazını-işıığını-suyunu-benzinini kəsib məktəbləri-xəstəxanaları da dağıdır,üstəlik “Refah” keçid-buraxılış məntəqəsini günlərlə açmır,açanda da iki milyonluq əhaliyə cəmisi iyirmi TIR buraxır,yenə bağlayır.Hanı o ABŞ və Avropa “insansevərlər”i? Stolbanın başına bir pişik çıxıb aşağı düşə bilməyəndə bütün şəhərin bələdiyyəsinin nərdivanlarını,ambulans maşınlarını,yanğınsöndürənlərini,post-patrul xidmətini,əsgər batalyonlarını,həmkarlar ittifaqını,beynəlxalq valyuta fondunun əməkdaşlarını,qızıl xaş cəmiyyətini,prezidentin milli qvardiyasını o stolbanın ətrafına töküb o pişiyi o stolbadan endirmək üçün oyun çıxaranları deyirəm.Hanı onlar?