Menu

“Muğanbank”ın notarius depozit hesablarındakı pullar qaytarılacaqmı? – İqtisadçı açıqladı

24.10.2023, 11:57
“Muğanbank”ın notarius depozit hesablarındakı pullar qaytarılacaqmı? – İqtisadçı açıqladı

“Monitorinqlər göstərir ki, “Muğanbank” notariuslar ilə daha sıx əməkdaşlıq edən banklardan olub. Ödənişlər zamanı pulların hesablarda müəyyən zaman qaldığını nəzərə alsaq bankın notarius depozit hesablarında da vəsaitlərin olduğu güman edilir”.

“AzPoltika.info” xəbər verir ki, bu barədə iqtisadçı, deputat Vüqar Bayramov “Feysbuk” səhifəsində yazıb.

İqtisadçı xatırladır ki, daşınmaz və əksər daşınan əmlaklar nağdsız satıldığı üçün bu zaman vəsait bir müddət depozit hesablarında qalır: “Əmlakını satan vətəndaş alıcının ödədiyi pulu orta hesabla 2 iş günü ərzində bankda nağdlaşdıra bilirdi. Məsələn, vətəndaş 150 min manata evini satıb, o pulunu 2 gün sonra ala bilir və həmin müddətdə bank müflis olur. Bank müflis olduğundan həmin vəsaiti əldə edə bilmir”.

Bu halda nə etməlidir?

V.Bayramov deyir ki, qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə ödənilir. Onun sözlərinə görə, bu isə o deməkdir ki, bu halda vətəndaşın vəsaiti tam ödənilməlidir və heç bir halda onun pulunun qaytarılmaması və ya qismən ödənilməsi müzakirə edilə bilməz.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol