Menu

Makron İsraili HƏMAS-la münaqişəni genişləndirməməyə çağırıb – KİV

24.10.2023, 15:29
Makron İsraili HƏMAS-la münaqişəni genişləndirməməyə çağırıb – KİV

Fransa Prezidenti Emmanuel Makron İsrailə səfəri zamanı onu HƏMAS ilə münaqişəni genişləndirməməyə və Qəzza zolağında saxlanılan girovların azad edilməsini prioritet hesab etməyə çağırıb.

“AzPolitika.info” bu haqda «Euronews»-a istinadən xəbər verir. Fransa Prezidenti israilli həmkarı İsaak Hersoqla görüşündə deyib ki, onun birinci prioriteti heç bir fərq qoymadan Qəzza zolağında bütün girovların azad edilməsidir.

“Düşünürəm ki, çaşqınlıq olmadan və deyərdim ki, münaqişəni genişləndirmədən bu terrorçu qruplarla mübarizə aparmaq bizim borcumuzdur”, - Makron bildirib.

O, həmçinin Hersoqa deyib ki, İsrail terrorizmlə mübarizədə tək deyil.

Makron əlavə edib ki, əməliyyatlar zamanı terrorçu qruplar açıq şəkildə hədəf alınmalıdır. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol