Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə Azərbaycan Milli Məclisində yeni qrup yaradılıb.
Bu barədə parlamentdən məlumat verilib.
Bildirilib ki, dəstək qrupunun məqsədi Korsika xalqının haqlı tələblərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, Fransa müstəmləkəçiliyinin dağıdıcı təsirlərinə qarşı mübarizəsi uğrunda beynəlxalq səylərin birləşdirilməsidir.
Qrupa Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Şahin İsmayılov və Azər Kərimli daxildir.


Şərhlər
Super! Kim bizə necədirsə biz də elə olmalıyıq.Kakoy privet,takoy i otvet.Qətiyyən gözləmək lazım deyil ki,bəlkə düzələcək.Qozbeli qəbir düzəldər.Korsika xalqının sıxışdırılması və Fransanın Korsikada etnik təmizləmə aparmağa meylli olması,korsikalıların fransızlarla birlikdə yaşamaq istəməmələri barədə vaxtaşırı BMT yığıncaqlarında məsələ qaldırmaq lazımdır.Strasburq da alman şəhəridir,Almaniya ilə Strasburq arasında dəhliz yaradılmalıdır,Fransanın oradakı sərhəd-buraxılış məntəqəsi də götürülməlidir.Korsikalılardan həbsdə olanları Fransa dərhal azadlığa buraxmalıdır və sair və ilaxır.