Menu

Macarıstan parlamenti İsveçin NATO üzvlüyünü yenidən blokladı

25.10.2023, 14:39
Macarıstan parlamenti İsveçin NATO üzvlüyünü yenidən blokladı

Macarıstan parlamenti yenidən İsveçin NATO-ya daxil olmasını bloklayıb. 

"AzPolitika.info" xəbər verir ki, bu haqda «The Washington Times» yazır. 

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan oktyabrın 24-də İsveçin NATO-ya üzvlüyünü parlamentdə təsdiqlədikdən sonra Macarıstan ərizəni ratifikasiya etmək üçün səs verməkdən imtina edib. Bu çərşənbə axşamına təyin edilməli olan səsvermə baş tutmayıb. 

Macarıstanın Baş naziri Viktor Orban hökuməti İsveçin Alyansa daxil olmasına əsas maneə hesab edilir - bütün 31 müttəfiq ölkə onun üzvlüyünü təsdiqləməlidir. İndi yeganə “maneə” Macarıstandır. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol