Menu

Rusiya MN Qarabağdakı yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz etdi

25.10.2023, 21:46
Rusiya MN Qarabağdakı yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz etdi

Rusiya Müdafiə Nazirliyi gündəlik bülletenlərdə Qarabağdakı bütün yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz edib.

"Report" xəbər verir ki, bugünkü bülletendə "Qarabağ" Azərbaycanın Qarabağ iqtisadi rayonu, "Stepanakert" Xankəndi kimi təqdim olunub.

Bununla yanaşı, "Mardakert" Ağdərə, "Əsgəran" Xocalı, "Martuni" Xocavənd kimi qeyd edilib.

Bundan əvvəl Azərbaycanın Qarabağ regionu ilə bağlı bülletenlərdə SSRİ dövründəki terminlər istifadə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol