Menu

ANAMA mina təhlükəsi ilə bağlı yenidən vətəndaşlara müraciət edib

26.10.2023, 09:54
ANAMA mina təhlükəsi ilə bağlı yenidən vətəndaşlara müraciət edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Tərtər rayonunun işğaldan azad olmuş hissəsindəbaş verən mina partlayışı ilə əlaqədar növbəti dəfə vətəndaşlara müraciət edib.

Bu barədə Agentlikdən daxil olan məlumatda qeyd edilib.

"ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlu minaya düşüb.

Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol