Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Avropa İttifaqının sifarişi ilə keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, sorğunun nəticələrinə görə, ukraynalıların 73 faizi Prezident Volodimir Zelenskiyə etibar edir. Müstəqil institutun şərhində deyilir ki, Ukraynaya qarşı hərbi müdaxilə və bundan sonra baş verənlər əhalinin Zelenskiyə inamını xeyli artırıb. Döyüşlərin davam etdiyi müddət ərzində isə Prezidentə olan inam sarsılmayıb və stabil olaraq qalır.
Zelenskidən fərqli olaraq, Denis Şmıqalın başçılıq etdiyi hökumətə münasibət o qədər də birmənalı deyil. Belə ki, rəyi soruşulanların yalnız 54 faizi hökumətə inandıqlarını bildiriblər. Regional administrasiyalara və yerli idarəetmə orqanlarına inam isə 50 faiz ətrafındadır.
Məlumatda həmçinin qeyd olunur ki, Zelenskini dəstəkləyənlərin əsas hissəsi gənclər və əhalinin nisbətən imkanlı təbəqəsidir. Ona inamsızlıq göstərənlər isə daha çox Ukraynanın şərqindəki vilayətlərdə yaşayanlardır.
Daha bir maraqlı nəticə hansı sahədə daha çox ayrıseçkiliyə yol verildiyi barədə suala verilən cavablarda üzə çıxıb. Belə məlum olub ki, ən çox diskriminasiya dil məsələsilə bağlıdır. Ukraynalıların 45 faizi hesab edir ki, ölkədə dillə bağlı ayrıseçkilik var. Bu da böyük ölçüdə Rusiyanın işğalçılıq müharibəsi başlayandan bəri ölkədə rus dilinə qarşı münasibətin pisləşməsindən irəli gəlir.
“AzPolitika.info”


Şərhlər
Kloun
Zeleniskini heç bir ukraynalı sevmir sevirəm deyənlərdə dediyiniz kimi imkanlı təbəqədirki var dövlətlərinin əllərindən alınmasından qorxurlar ukrayna xalqının başına gələn bəlaların baiskarı bu şoumen dir ala siyasət hara şoumen har