Birləşmiş Ştatlar Rusiya ordusunun Ukraynada müharibə ilə bağlı əmrlərə əməl etməyən əsgərləri edam etməsi ilə bağlı məlumatlara malikdir.
“AzPolitika.info” “Jerusalem Post”a istinadla xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi jurnalistlərə bildirib.
Kirbi deyib ki, “Rusiya ordusunun əmrləri yerinə yetirməkdən boyun qaçıran əsgərləri həqiqətən edam etdiyi barədə” Ağ Evdə məlumat var.
“Bizdə də məlumat var ki, rus komandirləri Ukrayna artilleriya atəşindən geri çəkilmək istəsələr, bütün bölmələri edam edəcəkləri ilə hədələyir”, — deyə Kirbi qeyd edib.
Rüfət
AzPolitika.info


Şərhlər