Bugünlərdə “Şüa İdman Kompleksi”ndə keçirilən yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə birinciliyinə yekun vurulub.
"AzPolitika.info"-nun məlumatına görə, müxtəlif şəhər və rayonları təmsil edən 80-ə yaxın idmançının qatıldığı turnirdə ən yaxşı nəticəni isə Sədərək Gömrük-Keçid məntəqəsinin sabiq müdiri, “Laba” ləqəbiylə məşhur olan Mübariz Pənahovun oğlu Kənan Pənahov göstərib.
Kənan Pənahov komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərin hər birində ən yaxşı oyun göstərərək, ölkə birincisi olub.

Xatırladaq ki, 2004-cü il təvəllüdlü Kənan Pənahov “Laba”nın kiçik oğludur, hazırda İdman Akademiyasının tələbəsidir. O, bu il Çində keçirilən XXXI Yay Universiadasında da ölkəmizi uğurla təmsil edib, 2019-cu ildəki Avropa Çempionatının isə gümüş mükafatçıları sırasında olub.
"AzPolitika.info"


Şərhlər
Qarabağa isə döyüşməyə getməyib....