Macarıstan və Slovakiyanın baş nazirləri Viktor Orban və Robert Fitso Aİ-nin Ukraynaya 50 milyard avroluq yardım ayırmasına mane olub.
"AzPolitika.info" xəbər verir ki, bu barədə “Politico” nəşri müzakirələrlə tanış olan diplomata istinadən yazır.
Belə ki, mənbənin sözlərinə görə, Orban «Aİ-nin dəstəyinin işləmədiyini» deyib, Slovakiyanın yeni seçilmiş Baş naziri Fitso isə Ukraynadakı korrupsiya problemlərinə toxunub.
Qeyd olunur ki, büdcəni yeniləmək üçün Aİ bütün 27 üzv ölkənin dəstəyini tələb edir. Əvvəllər Brüssel bu məsələdə yalnız Macarıstanın şiddətli müqaviməti ilə üzləşirdisə, indi Slovakiya da ona qoşulub.
Rüfət
AzPolitika.info


Şərhlər