İsrailin siyasi və hərbi liderləri Qəzza zolağında quru əməliyyatının həyata keçirilib-keçirilməməsi ilə bağlı fikir ayrılığına düşüblər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” (NYT) nəşrində yayımlanan məqalədə bildirilir.
Nəşr iddia edir ki, hərbi liderlər quru əməliyyatı ilə bağlı qərar versələr də, Baş nazir Benyamin Netanyahu 7 oktyabr hücumundan sonra formalaşdırdığı Müharibə Kabinetinin üzvlərindən yekdil razılıq istəməsi səbəbindən sözügedən qərarı imzalamaqdan imtina edərək yüksək rütbəli zabitləri qəzəbləndirib.
Təhlilçilər deyirlər ki, baş nazir birtərəfli qaydada icazə verməkdən çəkinir. Qeyd olunur ki, xalqın onun rəhbərliyinə inamı azalıb və mümkün uğursuzluq baş verərsə, qəzəbli kütlənin sayı daha da arta bilər.
Bildirilir ki, hərbçilər və Netanyahu arasında qarşılıqlı şübhələr o qədər dərindir ki, dövlət qulluqçuları hərbçilərə kabinetin iclasına səsyazma avadanlığı gətirməyi qadağan edib.
“AzPoltika.info”


Şərhlər