Bir çoxları ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni seçilən spikeri, Donald Trampın qatı tərəfdarı, respublikaçı Mayk Consonun Ukraynaya hərbi yardımı əngəlləyəcəyini düşünsələr də, Conson bu xəbərləri təkzib edib.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, “Fox News”-a müsahibəsində Conson Ukraynaya dəstəyin davam edəcəyini bildirib. Lakin eyni zamanda ABŞ-nin Ukraynaya ayırdığı vəsaitlərin xərclənməsinə nəzarətin gücləndirilməli olduğunu qeyd edib: “Biz Ukraynanı tərk etməyə hazırlaşmırıq. Rusiyanın Ukraynaya qarşı müharibədə qələbəsi təkcə Kremli yox, Çini də ürəkləndirə bilər. Biz Putinin Ukraynada qalib gəlməsinə imkan verə bilmərik, çünki mən onun bununla da dayanacağına inanmıram”.
Bütün bunlarla yanaşı, Conson deyib ki, Ukrayna hakimiyyəti xərclədiyi pullarla bağlı hesabat verməlidir.
Yeni spiker həmçinin, respublikaçıların Co Baydenin Ukrayna siyasətinin strategiyası ilə bağlı daha çox məlumat almaq istədiklərini bildirib: “Biz bilmək istəyirik ki, orada hədəf nədir, Ukraynanın son hədəfi hansıdır. Ağ Ev bunu açıqlamayıb”.
“AzPolitika.info”


Şərhlər