Menu

Ceyhun Bayramov İraq Parlamentinin nümayəndə heyəti ilə görüşüb

27.10.2023, 19:19
Ceyhun Bayramov İraq Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikası Nümayəndələr Şurasının (Parlament) üzvü Elşad Salihinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan-İraq münasibətlərində son zamanlar artan dinamizm, bu xüsusda, cari ilin mart və iyul aylarında müvafiq olaraq, İraq Prezidenti və xarici işlər nazirinin Azərbaycana səfərləri və bu səfərlər çərçivəsində baş tutan ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol