Menu

İsrail bu gecə Qəzzada 100-dən çox insanı öldürdü

28.10.2023, 08:54
İsrail bu gecə Qəzzada 100-dən çox insanı öldürdü

İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında məskunlaşan ərazilərə silsilə hücumlar həyata keçirib.

"Report"un məlumatına görə, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb. İlkin məlumata əsasən, 100-dən çox insan həlak olub.

Şahidlər hücumların Rafahın qərbindəki Tell-əs-Sultanda törədildiyini bildiriblər.

“Al Hadath” telekanalı isə qeyd edib ki, İsrailin Hərbi Dəniz Qüvvələri yanğınların baş verdiyi Qəzza dəniz limanını yenidən atəşə tutub.

Qeyd edək ki, öldürülənlər əsasən mülkii nsanlar, uşaqlardır. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol