Ötən gecə Rusiya Dnepropetrovsk vilayətinə 4 ədəd “İskəndər” raketi atıb.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri həmin dörd raketdən üçünün vurulduğunu bəyan edib.
Raket hücumu nəticəsində ölən və yaralananların olmadığı qeyd olunur. Xəbərdə bildirilir ki, raketlər işğal altındakı Krım yarımadası ərazisindən atılıb.
“AzPolitika.info”


Şərhlər