Menu

Netanyahu İsrail əsgərlərinin Qəzza zolağına daxil olduğunu iddia edib

28.10.2023, 22:51
Netanyahu İsrail əsgərlərinin Qəzza zolağına daxil olduğunu iddia edib

İsrail hərbçiləri Fələstinin HƏMAS təşkilatının 7 oktyabrda İsrailə hücum zamanı əsir götürərək anklavda saxladığı girovları azad etmək məqsədi ilə Qəzza zolağına daxil olub.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, iddia edib ki, dünən gecə quru qoşunları Qəzzanın qapılarından keçiblər. 

"Bu, aydın şəkildə müəyyən edilmiş məqsədləri olan bir müharibədir: HƏMAS-ın gücünü məhv etmək və girovları qaytarmaq”, - deyə   Netanyahu iddia edib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol