Menu

"Akademik səviyyəli ciddi musiqilərin yaranmasına ehtiyac var" - Xalq artisti

29.10.2023, 13:25
"Akademik səviyyəli ciddi musiqilərin yaranmasına ehtiyac var" - Xalq artisti

“Mən istəyərdim ki, bizim bəstəkarlarımız öz yaradıcı düşüncələrini irihəcmli musiqi nümunələrinə, onların bəstələnməsi istiqamətinə yönəltsinlər. Yalnız bunun sayəsində Azərbaycan musiqisini dünyaya tanıtmaq olar”.

“Report” xəbər verir ki, bunu Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakıda ilk dəfə keçirilən Musiqi forumunda Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə deyib.

“Təəssüflər olsun ki, bu gün irihəcmli əsərlərə, yəni terminlə ifadə edəsi olsaq, akademik səviyyəli ciddi musiqilərə, onların yaranmasına ehtiyac var. Azərbaycanda 18-ci caz festivalı ilə yanaşı 15-ci musiqi festivalı keçirildi. Fikir verirsinizsə, burada tarazlıq pozulub. Necə olur ki, Üzeyir Hacıbəyov adına Musiqi Festivalı 15-ci dəfə, amma onunla paralel Caz Festivalı 18-ci dəfə keçirilir? Mən çox rica edirəm, məni caz sənətinin düşməni kimi qiymətləndirməyin, amma tarazlığın qorunması çox vacibdir” - deyə, Firəngiz Əlizadə bildirib.

Şərhlər

dadaşyev 2023-10-29 13:52:56

Paytaxt həddən artıq yüklüdü,5 milyona yaxın insan var paytaxtda rəsmi və qeyri-rəsmi.10 milyon əhali üçün bu çox böyük rəqəmdir,yəni hər iki adamdan biri Bakıdadır.Çinin 2 milyard əhalisi var,amma paytaxtı Pekində 50 milyon insan,yəni hər 40 nəfərdən biri paytaxtdadır.Hamı gəlib doluşub Bakıya.Azad edilmiş torpaqlarımıza böyük köç sürətlə davam etməlidir ki,yenidən Bakı rahat nəfəs alsın,yalnız o zaman yenidən ciddi musiqi,rəsm,ədəbiyyat,incəsənət əsərlərimiz yarana bilər.Yoxsa mümkün deyil.”Ay dədəm qurban,ay nənəm karbon” deyə-deyə sazı boynunun ardına qaldırıb arxadan paçasının altından çıxardaraq jonqlyorluq eliyənlərin hoyhahoyundan simfonik orkestrin səsi eşidilməz olub.Dədə Qorqud qopuz çalıb,qopuz.Saz çalmayıb.Qopuz ud növüdür,əyri qolundan bəllidir.O boyda Nəsimi də sazdan yox,uddan qəzəl yazıb.Amma heç udu xatırlayan yoxdur.Halbuki ud səsindəki bənzərsiz tembr adamı minillərin arxasına aparır,daha vacibi isə,adamı fikirlərə qərq edib düşündürə bilir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol