Menu

Minlərlə musiqiçidən, uzağı, yüzü-iki yüzü toya gedir, gedə bilir, bəs qalanları? - Siyavuş Kərimi

29.10.2023, 15:04
Minlərlə musiqiçidən, uzağı, yüzü-iki yüzü toya gedir, gedə bilir, bəs qalanları? - Siyavuş Kərimi

Azərbaycanda musiqiçilərin durumu iş tapmaq baxımından problemlidir.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib.

"Kim normal yaşayırsa, o adamlar toya gedir. Minlərlə musiqiçidən, uzağı, yüzü-iki yüzü toya gedir, gedə bilir. Bəs qalanları?" - rektor əlavə edib.

Siyavuş Kərimi hesab edir ki, Konservatoriyanı bitirən kəs orta məktəblərdə musiqi fənnini tədris eləmək gücündədir: "Amma musiqidən bixəbər adamlar onların yerini tutur, musiqi tədris edirlər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol