Menu

Ukrayna Rusiyanın Krımdakı bazasına zərbə endirib - 17 hərbçi yaralanıb

30.10.2023, 12:07
Ukrayna Rusiyanın Krımdakı bazasına zərbə endirib - 17 hərbçi yaralanıb

Bu gecə Ukrayna Silahlı Qüvvələri Krımda Rusiyaya məxsus zenit-raket alayının bazasına zərbələr endirib.

“Report” xəbər verir ki, Yelenovka şəhərindəki hava hücumundan müdafiə bazasına hücum olunub.

Nəticədə 17 rusiyalı hərbçi yaralanıb və Rusiya Müdafiə Nazirliyinə məxsus 5 maşın zədələnib.

Qeyd edək ki, Krım 2014-cü ildə qanunsuz şəkildə ilhaq edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol