Menu

"BMT-nin yeni qətnaməsində İsrailin özünümüdafiə hüququ əks olunmayıb" - Səfir

31.10.2023, 09:06
"BMT-nin yeni qətnaməsində İsrailin özünümüdafiə hüququ əks olunmayıb" - Səfir

Qurumun 10 qeyri-daimi üzvü tərəfindən hazırlanan BMT Təhlükəsizlik Şurasının Fələstin-İsrail nizamlanmasına dair yeni qətnamə layihəsində Fələstinin HƏMAS hərəkatının pislənməsi və İsrailin özünümüdafiə hüququnun təsdiqi yoxdur.

APA xəbər verir ki, bu barədə jurnalistlərə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan məlumat verib.

“Bildiyimə görə, qətnamə layihəsinə İsrailin özünümüdafiə hüququ, HƏMAS qırğınının açıq şəkildə pislənməsi daxil deyil və vətəndaşlarımızın dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etmir”, - diplomat bildirib.

Qeyd edək ki, BMT üzvləri tərəfindən qəbul edilən və İsraildən qətliamları dayandırmağı tələb edən qətnamənin Təl-Əviv yerinə yetirməkdən imtina edib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol