Menu

"Vaqif Xaçatryan Balasanyanın ən yaxın adamlarından olub" - Zərərçəkən

01.11.2023, 11:55
"Vaqif Xaçatryan Balasanyanın ən yaxın adamlarından olub" - Zərərçəkən

"Vaqifin rəhbərliyi ilə Badara kəndindən olan ermənilər və digər 1500 nəfərdən ibarət erməni silahlıları Meşəliyə hücuma keçdilər. Hadisə zamanı atamı və anamı öldürdülər”.

APA xəbər verir ki, bunu Vaqif Xaçatryanın məhkəməsində Meşəli sakini, zərərçəkən Nadir Əkbərov deyib.

O, kəndə səhərə yaxın hücum edildiyini bildirib: “Vaqif, sən Meşəlinin, Xocalının birbaşa, ən böyük qatilisən. O vaxt bunu "Vagi" kimi çağırırdılar. Hadisələr vaxtı səsgücləndirici ilə Azərbaycanca bizi kənddən çıxmağa çağırırdılar. Çıxmaq istəyəni də qapısında güllələyirdilər. Vaqif indi boynuna almır, amma təkcə Məşəli yox, Malıbəyli, Quşçular və digər Azərbaycan kəndlərinə birbaşa hücum edən şəxslərin içində bu olub".

Zərərçəkən bildirib ki, Vaqif Xaçatryan Əsgaranda Vitali Balasanyanla birlikdə Xocalı əsirlərini dəyişməklə məşğul olub: "Vaqif Vitalinin ən yaxın adamlarından olub. Bunlar uşaq, gəlin, qız demədən hamını güllələyiblər. Bunu ömürlük azadlıqdan məhrum etməyinizi xahiş edirəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol