Fransa prezidenti Emmanuel Makronun bu gün Qazaxıstan və Özbəkistana səfəri gözlənilir.
"AzPolitika.info" xəbər verir ki, səfər Aİ-nin hazırkı əsas təchizatçıları Niger və Rusiya ilə geosiyasi gərginliyin artdığı bir vaxta təsadüf edir.
Yelisey rəsmisi bildirib ki, Makronun iki ölkəyə səfəri Rusiya ilə güclü əlaqələri olan və hazırda Çinlə də getdikcə daha da yaxınlaşan ərazidə Fransanın təsirini genişləndirmək məqsədi daşıyır.
Qazaxıstan və Özbəkistan müvafiq olaraq Fransanın ən böyük uran tədarükçüləridir.
Keçən yay Fransanın uran ehtiyacının 15 faizini təmin edən Nigerdə hərbçilər Parisin marionetkası olan hakimiyyəti devirib. Bundan sonra Fransanın Nigerin uran ehtiyatını talamasına son qoyulub. Artıq digər Afrika ölkələri də Fransanın bölgədən qovmağa çalışır.
Həmçinin, Moskvanın Ukraynaya müdaxiləsindən sonra Rusiya uranının idxalı qeyri-müəyyənlik doğurur.
Rusiyanın nüvə sektoru indiyədək Aİ sanksiyalarının hədəfinə çevrilməyib. Lakin ötən il Aİ-nin Rusiyadan idxal etdiyi uranın miqdarı 2021-ci ilə nisbətən 16 faiz azalıb, Qazaxıstandan isə 14 faizdən çox artıb.
Bu ilin əvvəlində "Kazatomprom"-un baş direktoru Yerjan Mukanov Qazaxıstanın “Avropa nüvə bazarına əhəmiyyətli töhfə vermək niyyətində olduğunu” bildirib.
Rüfət
AzPolitika.info


Şərhlər