Menu

Bu malların idxalına tətbiq olunan gömrük rüsumları “0” dərəcəyə endiriləcək

01.11.2023, 20:42
Bu malların idxalına tətbiq olunan gömrük rüsumları “0” dərəcəyə endiriləcək

2024-cü ildə Azərbaycanda gömrük ödənişlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

Məlumata görə, daxili istehsalda istifadə olunan, yerli istehsalı mövcud və yaxud səmərəli olmayan bir sıra xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 1 yanvar 2024-cü il tarixindən 7 il müddətinə “0” dərəcəyə endirilməsi, bir sıra əsas vəsaitlərin idxalında ƏDV-dən azad olunmanın tətbiq edilməsi planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol