Menu

Azərbaycanda yeni nazirlik yaradıldı

01.11.2023, 22:20
Azərbaycanda yeni nazirlik yaradıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

 APA xəbər verir ki, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II his­səsinin 6-cı bəndini rəhbər tutaraq muxtar respublikada dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

2.1. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

2.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

2.3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 31-də Rahid Ələkbərlinin Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Rahid Zahid oğlu Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin.

2. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rahid Zahid oğlu Ələkbərliyə həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Şərhlər

Coşqun Hüseynov 2023-11-02 12:21:36

Çox uğurlu təyinatdır, Rahid müəllimi ürəkdən təbrik edirəm, gələcək fəaliyyətində uğurlar arzu edirəm

Coşqun Hüseynov 2023-11-02 07:51:26

Çox uğurlu kadr seçimi edilib, Rahid müəllimi təyinatı münasibəti ilə ürəkdən təbrik edirəm, gələcək fəaliyyətində uğurlar arzu edirəm

Mühəndis 2023-11-01 22:29:53

Naxçıvanda nazirliklər yaradılması.onların saxlanılması xərcləri,təkrarçılıq atıq məsrəf deyilmi*Məgər Azərbaycan Rudiyadaç.Amerikadan.Türkiyədən həm ərazi.həm əhali sayı üzrə müqayisə ediləndirmi?Bəs axı o ölkələrdə ikili nazirliklət yoxdur.Azərbaycanda buna nə ehtiyac var?Azərbaycanın digər rayonları kimi də Naxçıvan.Culfa.Ordubad.Şahbuz rayonları idarə olunmalıdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol