Menu

İordaniya da İsraildəki səfirini geri çağırdı

02.11.2023, 00:46
İordaniya da İsraildəki səfirini geri çağırdı

İordaniya Fələstin torpaqlarını işğal edən yəhudi dövlətinin Qəzzada törətdiyi qətliamlara  etiraz olaraq İsraildəki səfirini geri çağırıb.

Bu barədə noyabrın 1-də İordaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayılıb.

Diplomatik qurumun rəhbəri Ayman əs-Səfədi qeyd edib ki, səfir yalnız Qəzza zolağının bombalanmasır və humanitar böhran bitəndə qayıdacaq.

Nazirin sözlərinə görə, İsrail Xarici İşlər Nazirliyi də təhlükəsizlik tədbirləri ilə əlaqədar daha əvvəl İordaniyanı tərk etmiş nümayəndəsini Əmmana qaytarmamalıdır. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol