Menu

Autizm spektri pozuntusu və daun sindromlu uşaqlar üçün tədbirlər keçirilib - Fotolar

12.08.2023, 12:15
Autizm spektri pozuntusu və daun sindromlu uşaqlar üçün tədbirlər keçirilib - Fotolar

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəyi naminə" ictimai birliyinin təşkilatçılığı ilə "Autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların valideynləri ilə işin təşkili" layihəsi çərçivəsində 03-12 avqust 2023-cü il tarixlərində “Loqoritmika Reabilitasiya və İnkişaf” Mərkəzində 6 təlim baş tutub. 

Birliyin sədri Xanım İsazadə təlimlər zamanı layihə haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edək ki, layihənin məqsədi autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən uşaqların inkişafını dəstəkləməkdir.

Bu məqsədlə, həssas qrupdan olan uşaqların valideynlərinə “Pozitiv valideynlik” mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimçi Vüsalə Əhmədova valideynlərə övladları ilə sağlam ailə münasibətləri haqqında geniş məlumat verib. Təlimlərin sonunda Vüsalə Əhmədova valideynlərin suallarını cavablayıb.

Sonda, birliyin sədri Xanım İsazadə layihə üzrə təlimlərdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib. Valideynlərə sertifikat təqdim olunub və xatirə şəkli çəkilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol