Menu

"Hökumətin tədbirləri nəticəsində ərzaq qiymətlərinin düşməsini müşahidə edirik" - İqtisadiyyat naziri

02.11.2023, 12:52
"Hökumətin tədbirləri nəticəsində ərzaq qiymətlərinin düşməsini müşahidə edirik" - İqtisadiyyat naziri

Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun sayəsində torpaqlarımız işğaldan tam azad olunub.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, cari ildə neft qaz sektorunda gəlirlərin azalmasına baxmayaraq, qeyri-neft sektorunda artımlar qeydə alınıb: “Qeyri-neft qaz sahəsində sənaye zonalarında istehsalın artması müsbətdir. Xarici ticarət balansına toxunarkən qeyd etmək istəyirəm ki, bu il də biz yüksək həcmdə profisit əldə etdik. Xüsusilə qeyd etmək lazımdır ki, qeyri-neft sektoru məhsullarının ixracı ötən ilin bu dövrü ilə müqayisədə 15%-dək artıb”.

Mikayıl Cabbarov ərzaq məhsullarının qiymətlərinə də toxunub: “Hökumətin gördüyü tədbirlər nəticəsində ərzaq qiymətlərinin aşağı düşməsini müşahidə edirik”.

Nazir nəzərə çatdırıb ki, qeyri-neft sektorunda vergi daxilolmalarının 76 %-i özəl sektorun payına düşür: “Bu, çox vacib məqamdır. Bu nəticələr bizim bir sıra göstəricilərə əsas verir, valyuta ehtiyatlarımızın artımına da müsbət təsir göstərir, Dövlət Neft Fondundan transferə ehtiyac yaranmır”.

Şərhlər

Fuad 2023-11-02 20:12:18

Nəyin,harada,nə qədər? Belə ölkədə yalnız yalanla yaşamaq olar.

Vətəndaş 2023-11-02 20:09:59

Çörəyin qiyməti 5 qəpik düşüb,amma çəkisinin nə qədər azalması diqqətə alınmır.Qalan nəyin qyməti aşağı düşdüyü açıqlanmır.Nə qədər yalanlarla baş girləmək olar? Maaş,pensiya 9-10 faiz artırılır,ərzaq və xidmətlər isə 50-60 hətta 200 faiz artır.Bunun adı nədir? Məsələn metroda gediş haqqının 150 faiz artımı elan edilib.Bunun kimi digər xidmətlər! Suyun qiyməti və sair.Bunlar oynamqdan utanmırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol