Oktyabrın 7-də başlanan İsrail-HƏMAS qarşıdurmasında dinc əhaliyə vurulan zərər və insan itkisi sayı durmadan artır. Vəziyyətdən çıxış yolu isə hələ ki, görünmür.
“AzPolitika.info” xəbər verir ki, İsrail “teleqram” kanalları Qəzzadakı HƏMAS liderlərinin təslim olmaq istədiklərini yazırlar. Ancaq qeyd olunur ki, HƏMAS başçıları İsraildən onların sağ-salamat Livana, ya da Suriyaya keçirilməsinə dair təminat istəyiblər.
İsrailin “Yedioth Ahronoth” qəzeti də belə bir məlumatla çıxış edib ki, Qəzzadakı HƏMAS liderləri üçüncü ölkəyə təhvil verilmələri şərtilə təslim olmağa hazırdırlar. Əvəzində isə HƏMAS-ın əlində olan İsrail girovları azad edilir və Qəzzada başqa hakimiyyət qurulur. Bu hakimiyyətdə kimlərin təmsil olunacağına dair hələlik heç bir məlumat verilmir. Bu razılaşma ilə bağlı ilk xəbər İsrail dövlət teleradio korporasiyasının sabiq rəhbəri Yoni Ben-Menahemaya istinadla verilib. Onun İsrail və ərəb ölkələri hakimiyyətlərində geniş əlaqələrinin olduğu bildirilir.
Qəzet isə yazır ki, bu anlaşma doğrudan da əldə ediləcəyi təqdirdə, vəziyyətdən mümkün qədər qısa müddətdə çıxmaq mümkün olacaq: “Bu, müharibəni tezliklə bitirməyə və eyni zamanda qruplaşmanın(HƏMAS) infrastrukturunun məhv edilməsilə bağlı hədəflərə nail olunduğunu bəyan etməyə imkan verərdi”.
“AzPolitika.info”


Şərhlər