Menu

Xaçmazda iki gün əvvəl evdə meyiti tapılan qadının öldürüldüyü məlum olub

03.11.2023, 10:03
Xaçmazda iki gün əvvəl evdə meyiti tapılan qadının öldürüldüyü məlum olub

Xaçmaz rayonunda iki gün əvvəl yaşadığı evdə meyiti tapılan Mafizə Şirinbalayevanın öldürüldüyü məlum olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, 62 yaşlı qadını öldürməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əhmədov Şahin Səməd oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol