Menu

ABŞ dronlarla Qəzzada girovları axtarır

03.11.2023, 13:45
ABŞ dronlarla Qəzzada girovları axtarır

ABŞ Qəzza zolağında HƏMAS-ın saxladığı girovları axtarmaq üçün kəşfiyyat xarakterli pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən «Reuters» agentliyi məlumat yayıb.

Onların məlumatına görə, Amerika PUA-larından istifadə edilən axtarış işləri azı bir həftədir ki, davam edir.

«Reuters»in məlumatına görə, Ağ Ev 7 oktyabrdan sonra itkin düşdüyü bildirilən 10 Amerika vətəndaşının HƏMAS tərəfindən saxlanılan 200-dən çox girovlar arasında ola biləcəyinə inanır.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol