Nə Ukrayna Müdafiə Qüvvələri, nə də Rusiya işğalçıları hava hücumundan müdafiə sistemləri və nəhəng təmas xətti səbəbindən cəbhədə irəliləyə bilmirlər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidmətinin noyabrın 3-də Ukraynadakı müharibə ilə bağlı dərc etdiyi kəşfiyyat məlumatında bildirilir.
Britaniyalı analitiklər bu mərhələdə tərəflərin hücuma keçməkdə çətinlik çəkdiklərini qeyd ediblər.
“Münaqişənin coğrafi miqyası hücum əməliyyatlarını çətinləşdirir. Hər iki tərəf üçün zərbə qüvvələrini toplamaq çətindir, çünki səfərbər edilmiş qoşunların əksəriyyəti 1200 km-lik təmas xəttini saxlamaq üçün lazımdır. Hazırda quru əməliyyatlarının balansı və digər bütün nüanslar bərabər olsa da, vəziyyət ümumilikdə Ukrayna müdafiə qüvvələrinin xeyrinədir”,-deyə kəşfiyat məlumatında qeyd olunur.
Rüfət
“AzPolitika.info”


Şərhlər