Almaniyanın ZDF kanalına müsahibə verən Ukrayna XİN başçısı Dmitri Kuleba Rusiya ilə gizli danışıqlar aparıldığına dair iddialara cavab verib.
“AzPolitika.info” xəbər verir ki, Kuleba Rusiya ilə heç bir gizli danışıqlar aparılmadığını deyib.
O, bildirib ki, Ukraynanın sülh formulunun əsasını bu ölkənin ərazi bütövlüyünün təmin edilməsi təşkil edir: “Diplomatik dildən adi dilə çevirsək, bu, o deməkdir ki, Rusiya Ukraynadan getməlidir. Bu baş verməyincə, Rusiya buna hazır olmayınca, hər hansı danışıqlar aparmağın mənası yoxdur”.
Bundan əlavə, Ukraynanın yazdan bəri Almaniyadan istədiyi «Taurus» raketləri ilə bağlı vəziyyəti şərh edən Kuleba, "məsələ açıqdır, lakin Almaniyaya vaxt lazımdır" — deyə qeyd edib.
Xarici işlər naziri vurğulayıb ki, Ukrayna tərəfdaşları ilə etibarlı münasibətlər qurub, ona görə də verilən silahların onların istədiklərindən fərqli şəkildə istifadə olunacağından narahat olmasınlar.
“AzPolitika.info”


Şərhlər