İrəvanda rəsmi səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Barbok bu gün keçirdiyi mətbuat konfransında yerli jurnalistlərin təxribatçı sualı ilə üzləşib.
“AzPolitika.info” xəbər verir ki, nazirdən Almaniyanın Ermənistana hücum edəcəyi təqdirdə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazır olub-olmaması soruşulub. Berbok suala cavab verməkdən imtina edib.
Almaniyalı nazir Bakı ilə İrəvan arasında sülhdən danışmağa üstünlük verib: “Mən eskalasiyanın olmamasını və fürsət pəncərəsindən istifadə olunmasını müdafiə edirəm. Mən hər yerdə bu barədə danışıram. Almaniya Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz hər iki ölkəyə yaxınıq”.
Berbok Almaniyanın təhlükəsizlik, demokratiyanın möhkəmləndirilməsi və s. sahələrdə köməklik göstərməyə hazır olduğunu bildirib.
Berbok daha sonra Almaniyanın Rusiya Federasiyasından enerji asılılığından qurtula bildiyini vurğulayıb. O, bildirib ki, erməni həmkarı ilə görüşdə bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunan məsələlər arasında olub.
Alman nazir Baş nazir Paşinyanın Ermənistanın Avropa İttifaqının (Aİ) istədiyi qədər Aİ ilə münasibətləri dərinləşdirməyə hazır olması ilə bağlı bəyanatını da şərh edib. Annalena Berbok Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və sülh sazişinin imzalanmasının zəruriliyini bir daha vurğulayıb. Onun sözlərinə görə, yeni istehsal müəssisələri demokratiyanın olduğu yerdə yaradılır və təhlükəsizlik üçün Ermənistanla Azərbaycan arasında sülh lazımdır. Bu, investisiyaların cəlb edilməsinə böyük töhfə olacaq.
“AzPolitika.info”


Şərhlər
ermənistan ictimai televiziyası mətbuat konfransını canlı yayımladı, maraqlı xalq da bunu izlədi, amma Beerbokun kiminsə sualına cavab etmək kimi hala rast gəlmədik. Üstəlik də, Almaniyanın Ermənsitana yardımının artırılacağı deyildi.... indi belə dezonu yaymaq kimə lazımdır?