Menu

Ersin Tatar TDT-nin Astana sammitinə niyə yox idi? – “Bu məsələ qaldı gələn ilə...”

04.11.2023, 10:57
Ersin Tatar TDT-nin Astana sammitinə niyə yox idi? – “Bu məsələ qaldı gələn ilə...”

“Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar 3 noyabrda Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının toplantısında müşahidəçi statusunda iştirak etməli idi. Bununla bağlı aylar öncə razılıq var idi. Ancaq Ersin Tatar Astanadakı zirvə toplantısında yox idi”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki hesabında yazıb.

“Demək, dəvət edilməyb, Mərkəzi Asiya ölkələrinin və ya ev yiyəsi Qazaxıstanın bununla bağlı müsbət qərarı olmayıb”, - o əlavə edib.

Ekspert xatırladır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanadakı çıxışında KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi və tamhüquqlu üzvlüyünün vacibliyi barədə fikrini təkrarlayib: “Azərbaycan Prezidenti İlham Əliyev də Kuzey Kıbrısın Türk Dövlətləri Təşkilatına qatılmasının tərəfdarıdır. Ancaq Mərkəzi Asiya ölkələri qərar verməyə tələsmirlər. Bu məsələ qaldı gələn ilə. Türk birliyindən danışarkən Kıbrıs türklərinin kənarda saxlanılması ədalətli deyil”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol