Sabunçu Rayon Hərbi Komissarlığının çağırışçıları rüşvətlə xidmətdən yayındırmaqda ittiham olunan sabiq şöbə rəisləri-Adil Hüseynov Və Toğrul İsgəndərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror A.Hüseynov və T.İsgəndərovun 9 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Vəkillərə müdafiə çıxışına hazırlaşmaları üçün vaxt verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər.
İttihamda deyilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət alıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.


Şərhlər
İnsanları niyə avam hesab edirsiniz? Şöbə rəisi.müavin kimdir ki,Komissarın icazəsi olmadan rüşvət almağa cəsarət etsin.Niyə məsələ yarımçıq işıqlandırılır.Hamıya məltmdur ki, şöbə müdirinə risk edib aldığı rüşvətdən 5-10 faizi çata ya çatmaya.Qalan hissə başda oturan,rüşvət verənlə təmasda olmayan Komssara verilir.Sonrasını isə Komissardan sormaq dou olar ki, o nə qədərini məninsəyib və nə qədərini yuxarı verib.Bu real olardı.Yoxsa mıxdakını döyməklə iş sona çatmaz.
Azəbaycanda niyə rüşvət belə geniş yayılıb?Buna kim rəvac verib?Niyə qanun tam işləmir?Rüşvər verənlər niyə məsuliyyətə alınmır: Rüşvət piramidasının müəllifi niyə ortaya çıxarılıb ifşa edilmir?Bunların edilməməsi bu məsələnin başdan himayə olunması deyilmu?Belə ölkənun gələcəyi qaranlıq görünmürmü?