Bu il Azərbaycanda ali məktəbi bitirən 225 tələbə dövlət imtahanından kəsilib və diplom ala bilməyib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 2022-2023-cü tədris ilində 7762 bakalavrdan 7532 tələbə dövlət imtahanında uğur qazanıb.
“Ali təhsil müəssisələrini bitirən 225 tələbə isə uğur qazanmayıb”, - nazirlikdən bildilib.


Şərhlər
Təhsili bu günə salanlar belə hallar üçün məsuliyyət daşımalıdırlar. Balları aşağı salmaqla təhsil alverçilərinə xidmət etmək,ölkəyə lazım olan saydan artıq tələbə qəbul planlaşdırmaq,aıi təhsil başa vuranların iş yerəti ilə təmin edilə bilməməsi bu problemə səhlənkar yanaşmanın nəticəsidir.