HƏMAS liderlərindən olan Musa Əbu Mərzuk təşkilatın oktyabrın 7-də İsraildə həyata keçirdiyi hücumlarda mülki vətəndaşları öldürdüyünü təkzib edib.
Musavat.com xəbər verir ki, o bu barədə BBC-yə açıqlamasında deyib.
Yalnız məcburi hərbi xidmət keçənlərin hədəf alındığını bildirən Əbu Merzuk HƏMAS-ın qadın, uşaq və mülki şəxslərə hücum etmədiyini deyib.
"Girovları azad edəcəyik, amma əvvəlcə toqquşmalar dayandırılmalıdır. İsraillilər döyüşlərə son qoysalar, girovları Qırmızı Xaça verə bilərik" - deyən HƏMAS lideri “qonaq” adlandırdığı girovların adlarını əks etdirən siyahının əlində olmadığını, əksəriyyətinin harada olduğunu bilmədiyini qeyd edib.


Şərhlər