ABŞ-nin sabiq prezidenti Donald Tramp 2020-ci ilin yanvarında general Qasim Süleymaninin Bağdadda qətlə yuetirilməsindən sonra baş verənlərə dair maraqlı açıqlama ilə çıxış edib.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Tramp İran rəhbərliyinin riyakarlığını ifşa edən açıqlamasında molla rejiminin qətldən az sonra onunla əlaqə yaratdığını və görüntü xatirinə ABŞ hərbi bazasını hədəf alacaqlarını söylədiklərini bildirib: “İranlılar zəng edib bizə dedilər ki, “başqa çıxış yolumuz yoxdur, sizin hərbi bazalarınızdan birinə 18 raket atacağıq”. Siz həmin gecəni xatırlayırsınız. Maraqlı gecə idi... Mən yeganə adam idim ki, əsəb keçirmirdim, çünki nə olacağını bilirdim. Bizə dedilər ki, narahat olmayın, biz sizin hərbi bazalardan birinə 18 raket atacağıq, amma onların heç biri bazanı vurmayacaq”.
Tramp əlavə edib ki, İran rəhbərliyi onu əmin edib və bildirib ki, bu raketlərin dəqiqliyi yüksəkdir və onların heç biri bazaya düşməyəcək.
Xatırladaq ki, doğrudan da Qasim Süleymaninin ölümündən sonra İran rejiminin guya qisas üçün İraqdakı Ayn əl-Əsəd bazasına atdığı raketlərin heç biri hədəfə çatmayıb. Trampın bu açıqlaması isə bir daha İrandakı rejimin yalançı, qorxaq və riyakar mahiyyətini üzə çıxarır.
Eyni zamanda bu açıqlamada deyilənlər Azərbaycandakı qatı məzhəbçi iranpərəstlərin və “Süleymani aşiqlərinin” üzərində yaxşı düşünməli olduqları mövzudur...
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
Sanki Tramp əmioğlu iki gün əvvəl,ayın 6-da “ABŞ Yaxın Şərqə nüvə gəmisi göndərdi” adlı xəbərə yazdığım şərhi oxuyub,yadına düşüb ki doğrudan da İranda belə biclik olub.Sağ ol ki etiraf etdin,ay Tramp kardeşim,yoxsa elə hesab edərdilər yazdıqlarım fantaziyadı.A balam,o həşşaşi əmmaməli qurumsaqların aldıqları nəfəsin də yalanla gedib gəldiyini bilməyən cahil olar.
Iran Amerika düşmənçiliyi elə başdan ayağa görüntüdü. Təkcə bu deyil.