Menu

Bayden ilk dəfə "atəşkəs" çağırışı etdi - 3 günlük fasilə istədi

08.11.2023, 11:25
Bayden ilk dəfə "atəşkəs" çağırışı etdi - 3 günlük fasilə istədi

ABŞ Prezidenti Co Bayden oktyabrın 6-da İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışarkən HƏMAS-ın əlində olan girovların bəzilərini xilas etmək üçün Qəzzada üç günlük atəşkəs elan olunmasını istəyib. 

"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın "Axios" nəşri adı açıqlanmayan Amerika və İsrail rəsmilərinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ, İsrail və Qətər HƏMAS-ın 10-15 girovu sərbəst buraxacağı, 3 günlük fasilədən əsir düşənlərin dəqiq siyahısını tərtib etmək üçün istifadə olunacağı bir planı müzakirə edirlər.

ABŞ nəşri yazır ki, Netanyahu Baydenin bu təklifinə müsbət yanaşmayıb. O, HƏMAS-a güvənmədiyini və əsirlərin sərbəst buraxılacağına inanmadığını deyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol