Menu

Ermənistan işğalda saxladığı 8 kəndimizi qaytarmaq istəmir

09.11.2023, 15:23
Ermənistan işğalda saxladığı 8 kəndimizi qaytarmaq istəmir

Ermənistan tərəfii hələ də işğalda saxladığı Azərbaycanın 8 kəndini qaytarma istəmir. 

"AzPolitika.info" Ermənistan KİV-nə istinadla xəbər verir ki, bunui Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

Onun sözlərindən belə məlum olub ki, sülh müqaviləsinin imzalanması üçün Bakı Ermənistanın işğalındakı 8 “anklav” kəndi geri qaytarmaöı tələb edir. İrəvan isə bu təlıbi yerinə yetirməkdə  yayınmaq istəyir.

Erməni nazirin həyasızlığı o səviyyəyə çatıb ki, Bakını sülh üçün Azərbaycana aid kəndlərdən imtina etməyə çağırıb. 

“Bütövlükdə prosesə gəlincə, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamaqda maraqlıdır”, - deyə, Kostanyan deyib.

Yada salaq ki, bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistandan 8 kənd tələb etdiyini açıqlayıb.

"Ermənistan hələ də işğalı altındakı 8 Azərbaycan kəndini təhvil verməyib., Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, Azərbaycan vətəndaşlarının həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi: "Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi" - deyə, XİN-in açıqlamasında qeyd olunub.  

Belə görünür növbəti antiterror əməliyyatına ehtiyac olacaq!

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol