Ermənistanın KTMT-dən çıxması üçün heç bir hüquqi proses yoxdur.
"AzPolitika.info" Ermənistan KİV-nə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
Noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində Ermənistanın iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran nazir müavini bildirib ki, hələ heç bir qərar verilməyib.
“Qərar qəbul olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək. Nəzəri cəhətdən biz ya iştirak edə bilərik, ya da iştirak etməyək. Hazırda KTMT-dən çıxmaq üçün hüquqi proses müzakirə olunmur”, — deyə Kostanyan əlavə edib.
Rüfət
AzPolitika.info


Şərhlər